AZ

Azərbaycan nefti kəskin ucuzlaşdı

ABŞ və İran arasındakı hərbi əməliyyatların yaxın vaxtdarda yenidən başlanmayacağı ilə bağlı arxayınlığın yaranması dünya bazarında neftin qiymətini azaldıb.

Publika.az xəbər verir ki, mayın 20-də Azərbaycan neftinin qiyməti 5 dollar ucuzlararaq 112,32 dollara enib.

Xatırlaaq ki, bir gün əvvəl neftin qiyməti 117,30 dollar idi. Ümumilikdə isə may ayında neftin ən yüksək qiyməti mayın 1-də qeydə alınıb – 122,32 dollar.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanın büdcəsində neftin qiyməti 65 dollardan götürülüb.

Seçilən
92
publika.az

1Mənbələr