AZ

Rusiya Ermənistandan daha gül almayacaq – SƏBƏB

Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət tətbiq edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – Rosselxoznadzor məlumat yayıb.

Rusiya mətbuatının yazdığına görə, qərar fitosanitar təhlükəsizliyin qorunması məqsədilə qəbul olunub. Bildirilib ki, Ermənistandan idxal olunan gül məhsullarında Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab edilən zərərvericilər aşkarlanıb.

Rosselxoznadzorun məlumatına əsasən, Ermənistandan Rusiyaya gətirilən 96,2 milyon ədəd gül məhsulunda 135 pozuntu halı qeydə alınıb.

Qeyd olunub ki, məhdudiyyət istixana təsərrüfatlarında aparılacaq yoxlamalar və nəticələrin təhlili başa çatana qədər qüvvədə olacaq.

Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr