AZ

Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür

Ermənistanın seçkilərə görə tətildə olan baş naziri Nikol Paşinyan növbəti dəfə erməni cəmiyyətinə çağırış edib. O, toplumun “müvəqqəti durğunluq psixologiyasından” imtina etməli və ölkəni son vətəni kimi qəbul etməli olduğunu söyləyib.

Onun sözlərinə görə, vətən axtarışı prosesi artıq bitib: “Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”, - Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, keçmişə yönəlik iddialar ölkənin gələcəyinə mane olur: “Əgər bizim şüuraltımızda daim Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq ideyası olarsa, biz öz ölkəmizi, sadəcə, bir keçid-tranzit məntəqəsi kimi qəbul etməyə başlayacağıq”.

Paşinyan əlavə edib ki, bu yanaşma ölkəni “keçid-tranzit nöqtəsinə” çevirir, insanları təhlükəsizlik və sabitlik hissindən məhrum edir. Hökumət rəhbəri Qarabağdan köçən ermənilərə də müraciət edərək, onları Ermənistanda məskunlaşmağa və bu ölkəni özlərinin son yaşayış yeri kimi qəbul etməyə çağırıb.

Şübhəsiz, belə çağırışlar cəmiyyətdəki revanşist ovqatı sarsıtmaq niyyəti güdür. Bəs bu ovqat nə vaxt tam aradan qalxacaq, toplum nə zaman bütünlüklə yeni reallığı qəbul edəcək? 18 gün sonrakı parlament seçkilərinin nəticələrindən bunu görə biləcəyikmi?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, əslində Paşinyanın çağırışı ermənilərin xilasına hesablanıb: “Ermənilərin vətən axtarışı göstərir ki, onların doğurdan da tarix boyu dövləti olmayıb. Həmişə himayədə yaşayıblar və başqalarına qarşı istifadə olunublar. Yəni bu, onların tarixdəki missiyalarıdır. Müxtəlif ölkələrin torpaqlarına iddialar irəli sürməsi, hətta Amerikanı kəşf edənlərin erməni olması kimi fantastik uydurmaları ermənilərin böyüklüyü demək deyil. Əksinə, bu onların nə qədər qeyri-adekvat, konfliktə meylli, özünün heç nəyi olmayan və həmişə başqalarınına bənzəmək istəyən zərərli düşüncəyə malik olduğunu göstərir.

Belələri tarixdə problemin qaynağı olub və elə tarixin arxivinə də gömülüb. Paşinyan da müraciətində bunları söyləyib. Ermənilərin qərarlaşmış müsbət dəyərlərə malik olmadığını, Ermənistanı da ötəri bir torpaq sahəsi kimi gördüklərini bildirib. Çünki o dərk edir ki, ermənilər qonşuların torpağında yaradılmış Ermənistan dövlətini qorumaq əzmində deyillər. Ənənəvi mahiyyətlərinə uyğun olaraq əgər burada kimlərəsə qarşı istifadə edilmələrinin qarşısı alınırsa, bu təminatı başqa yerdə axtaracaqlar. Ermənilər özlərini yalnız bu xarakterləri ilə təsdiq edə bilmək düşüncəsinə sahibdirlər. Artıq Cənubi Qafqazda buna imkan verilmir. Növbəti məkan Rusiya, Fransa, Livan, Argentina, ABŞ kimi ölkələrdən biri ola bilər”.

M.Rəhimli hesab edir ki, ermənilərin əsrlərlə formalaşmış bu mahiyyətini dəyişmək olduqca çətindir: “Musa peyğəmbər öz qövmünü 40 il səhrada gəzdirib tərbiyə etməyə çalışdı. Amma Paşinyan nə peyğəmbərdir, nə də ermənilər iman sahibi. Ona görə də ermənilər bu günü ilə yaşayan, canlarına qorxaqlıq və şikayətçilik sarmış xalq olduğundan Paşinyanın onları dəyişməyə gücü catmayacaq. 2020 və 2023 məğlubiyyətlərini xatırladıqları müddətdə isə revanşistlərə dəstək verməyəcəklər. Məkrli iddialarını yalnız içlərində gəzdirəcəklər, real təşəbbüsə cəsarət edə bilməzlər. Bütün bunları nəzərə alaraq demək olar ki, ermənilər növbəti parlament seçkilərində Paşinyana səs verəcəklər”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr