AZ

Bakı-Tbilisi qatarına biletlər bu qiymətə olacaq -

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara birtərəfli biletlərin qiyməti açıqlanıb.

 

Senzor.az bildirir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

 

Qeyd olunub ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır:

 

- Bakı-Tbilisi: 81 AZN-dən;

 

- Yevlax-Tbilisi: 67 AZN-dən;

 

- Gəncə-Tbilisi: 62 AZN-dən;

 

- Ağstafa-Tbilisi: 57 AZN-dən;

 

-⁠ Böyük Kəsik-Qardabani: 51 AZN-dən.

 

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə səfərlər mayın 26-dan başlayacaq və müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

 

Onu da xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Seçilən
13
9
senzor.az

10Mənbələr