AZ

ABŞ İrana qarşı sanksiyaları saziş imzalanana qədər yumşaltmayacaq - Tramp

ABŞ İrana qarşı sanksiyaları saziş imzalanana qədər yumşaltmayacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun ikitərəfli saziş imzalanana qədər Tehrana qarşı sanksiyaları yumşaltmağı planlaşdırmadığını bəyan edib.

AFN.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Onlar saziş imzalayana qədər mən heç bir güzəştə getməyəcəyəm. Biz heç nə təklif etməmişik", - deyə Tramp əlavə edib.

Qeyd edək ki, mayın 18-də "Tasnim" agentliyi mənbəyə istinadən ABŞ-ın İranla danışıqlar aparıldığı müddətdə bu ölkənin neftinə qarşı tətbiq edilən sanksiyaların qüvvəsini müvəqqəti dayandırmağa razılıq verdiyi barədə məlumat yaymışdı.

Seçilən
44
afn.az

1Mənbələr