AZ

Lavrov Zelenskini SƏRT tənqid etdi: “Getdikcə azğınlaşır...”

Rusiya və ABŞ-ın Ankoricdə keçirilən sammitindən bəri ötən təxminən bir il ərzində Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı daha da aqressiv və azğın olublar.

Bizim.Media “reuters”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov "Şanxay Media Qrupu"na verdiyi müsahibəsində bəyan edib.
 

"Tezliklə Alyaskadakı sammitdən bir il ötəcək. Hətta Zelenskinin və avropalıların davranışında heç bir irəliləyiş, heç bir dəyişiklik yoxdur. Əksinə, onlar getdikcə daha aqressiv və azğın olurlar. Biz bunu da nəzərə alacağıq", - deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib.


Lavrov həmçinin vurğulayıb ki, Rusiya tərəfi əvvəlki kimi danışıqlara açıqdır.

Bizim.Media

Seçilən
0
19
bizim.media

10Mənbələr