AZ

Azərbaycan və Meksika arasında əməkdaşlıq müzakirə edilib

Ajans.az xəbər verir ki, bu barədə komitənin "X" sosial şəbəkə hesabında məlumat yayılıb. Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin şəhər transformasiyası, həyat keyfiyyətinin yüksəldilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin postmünaqişə bərpası sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb. Eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə növbəti WUF14 sessiyasına ev sahibliyi edəcək Mexiko şəhərinə uğurlar arzulanıb.
Seçilən
15
2
Ajans.az

4Mənbələr