AZ

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” Sinqapurdan başlayaraq 8000 nəfəri işdən çıxarmaq üçün qlobal planına başlayıb.

Banco.az xəbər verir ki, “Meta Platforms” şirkəti daha əvvəl elan etdiyi səmərəliliyin artırılması, xərclərin azaldılması və süni intellekt sahəsinə iri həcmli investisiyaların yönəldilməsini nəzərdə tutan yenidənqurma proqramı çərçivəsində minlərlə əməkdaşının işdən çıxarılacağını açıqlayıb.

Şirkət çərşənbə günü səhər saatlarından etibarən dünya üzrə əməkdaşlarına bildiriş göndərməyə başlayıb. İlk bildirişlər Asiya üzrə mərkəz hesab olunan Sinqapurdakı əməkdaşlara yerli vaxtla səhər saat 04:00-da çatdırılıb.

Şirkət qlobal miqyasda təxminən 8 min iş yerini ixtisar edərkən, əməkdaşların məsafədən işləməyə təşviq olunması da planlaşdırılır. Adlarının açıqlanmasını istəməyən mənbələrin sözlərinə görə, son ixtisar dalğasının xüsusilə “Meta Platforms”un mühəndislik və məhsul komandalarına təsir göstərəcəyi, ilin sonrakı dövründə isə əlavə ixtisarların da baş verə biləcəyi gözlənilir.

Bu il süni intellekt sahəsinə 100 milyard dollardan çox investisiya yatıran şirkətin mart ayının sonuna olan məlumata əsasən, təxminən 80 min əməkdaşı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
54
1
banco.az

2Mənbələr