AZ

"Rəhbərliyə və Qurban Qurbanova təşəkkür edirəm" - Jali Muaddib

Ağdam təmsilçisi "Qarabağ"ın heyətinə qatdığı fransalı vinger Jali Muaddib transferi ilə bağlı ilk rəsmi təəssüratlarını bölüşüb.

Fanat.Az xəbər verir ki, Kiprin "Omoniya" klubundan transfer edilən 25 yaşlı futbolçu keçidinin rəsmiləşməsindən sonra öz rəsmi sosial media hesabı vasitəsilə azarkeşlərə müraciət ünvanlayıb.:

"Bu möhtəşəm kluba qoşulduğum üçün çox şadam və qürur duyuram. Mənə inandıqları üçün rəhbərliyə və baş məşqçiyə təşəkkür edirəm. Yeni mövsümün başlamasını və bu rəngləri qorumağı səbirsizliklə gözləyirəm. Tezliklə görüşənədək!"

Komandada 7 nömrəli formanı geyinəcək fransalı oyunçunun keçidi idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Seçilən
17
1
fanat.az

2Mənbələr