İngiltərə futbolundan gözlənilən çılğın xəbər nəhayət, gəldi. Acun Ilıcalının sahibi olduğu ''Hall Siti''in çempionşipin finalındakı rəqibi rəsmən dəyişdi! ''Pələnglər'' mayın 23-də ''Uembli''də baş tutacaq finalda ''Sauthempton''la qarşılaşmalı idi. Bu kollektiv yarımfinalda ''Midlsbro''nu üstələmişdi (səfərdə 0:0, evdə 2:1). Amma ''Midlsbro''nun İngiltərə Futbol Liqasına (İFL) şikayəti hər şeyi dəyişdi. ''Sauthempton''un məşqçilərindən biri yarımfinalın ilk oyunundan öncə ''Midlsbro''nun bazasına daxil olaraq bu klubun taktiki məşqini gizlincə telefonla videoya çəkmişdi. İngiltərədə oyundan öncəki 72 saat ərzində rəqibin məşqini izləmək qadağandı. ''Midlsbro''nun şikayətindən sonra İFL məsələnin araşdırılması üçün xüsusi müstəqil komissiya yaratmışdı. Həmin komissiyanın araşdırması zamanı məlum oldu ki, ''Midlsbro''nun bazasına gizli daxil olub və ağacın arxasında gizlənib görüntü çəkməyə çalışan şəxs həqiqətən də ''Sauthempton''un məşqçilər korpusuna daxil olan Uilyam Solt imiş! ''Müqəddəslər'' bu durumu inkar etmədilər. Maraqlıdı ki, hadisə yaşanan gün ''Sauthempton''un baş məşqçisi Tonda Ekkert çempionşipdə aprelin ən yaxşı məşqçisi seçilmişdi. Təbii ki, məşqçilər korpusu bu əlamətdar hadisə ilə bağlı birlikdə şəkil çəkdirməli oldular. Həmin şəkildə isə rəqibləri analiz etmək vəzifəsini daşıyan Uilyam Skot yer almadı. Çünki o, həmin anlarda cəsusluqla məşğul idi! Beləliklə, İFL-in qərarı ilə ''Sauthempton'' pley-offun finalından kənarlaşdırıldı. Daha öncə bildirilirdi ki, ''Sauthempton'' cəza alacağı təqdirdə ''Hall Siti'' birbaşa pley-offa vəsiqə qazanacaq. Amma belə olmadı. Finalda ''Sauthempton''un əvəzinə ''Midlsbro'' oynayacaq. ''Sauthempton'' həm də yeni mövsümdə çempionşipə 4 xallıq cəza ilə başlamalı olacaq! Maraqlıdı ki, həm ''Midlsbro'', həm də ''Hall Siti'' elitada sonuncu dəfə eyni mövsümdə - 2016/17-də oynayıb. Yəni bu iki klubdan biri 9 illik həsrətə son qoyacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta