AZ

Halva piş, ağzıma düş prinsipi ilə tələyə düşmək... “Az yatırım, böyük qazanc” vəd edən elanların nəticəsi

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sosial şəbəkələrdə “az yatırım etməklə, böyük qazanc vədləri” barədə tez-tez qarşılaşdığımız elanlar çox vaxt dələduzluq məqsədi daşıyır. İndiyə qədər yüzlərlə insan bu cür dələduzluğun qurbanı olub.

Bizimyol.info xəbər verir ki, “Instagram” sosial şəbəkəsində “medine.invest” adlı hesab vasitəsilə insanları cüzi yatırım etməyə səsləyərək, onlara böyük gəlir vəd olunub. İsmayıllı rayon sakini Fatma İsmayılzadə bu vədə inanaraq, qazanc əldə etmək istəyib. “Medine.invest” adlı hesabı idarə edən Ceyhun adlı şəxsin dediyi qaydada əvvəl 250, sonra 300, ardınca 1000, 1500 və s. müxtəlif məblığlər olmaqla, ümumilikdə 13000 manat pul köçürülüb. Köçürülən bu məbləğlərin qarşılığında bir neçə dəfə çox gəlir əldə olunacağına söz verilib. Lakin sonra əlaqə saxladığı nömrənin onu bloka atdığını görüb.

Polisə şikayətdən sonra 31 yaşlı Ceyhun cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun izi azdırmaq üçün Məhəmməd adlı başqa bir tanışının bank kartından istifadə edərək, pulların həmin hesaba köçürülməsini istəyib. Onun sözlərinə görə, Məhəmmədi də aldadıb. Ona deyib ki, bank kartı bloka düşüb, imkan varsa, onun üçün öz adına “Kapitalbank”dan kart açdırsın. Məhəmməd də kartı açdırıb, ona verib.

Zərərçəkmiş polisə şikayət etdikdən sonra üzə çıxıb ki, pullar Məhəmmədin adına olan karta köçürülüb. O isə belə bir əməldən xəbərsiz olduğunu, həmin kartı Ceyhun üçün açdırdığını və onun istifadəsində olduğunu söyləyib. Bundan sonra o, cinayət məsuliyyətinə cəlb edilib.

Ceyhun F.İsmayılzadəyə vurduğu ziyanın – 13000 manatın bir qismini ödəyib. O, 2800 manatı istintaq zamanı, 4500 manatı isə məhkəmə prosesi gedən dövrdə qaytarıb. Qalan hissəsini də hissə-hissə ödəyəcəyinə söz verib.

Məhkəmədən də xahiş edib ki, ona daha yüngül cəza verilsin, həbsə məhkum edilməsin.

Məhkəmə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Bu müddətdə o, gecə saat 23:00-dan səhər saat 07:00-a qədər yaşadığı evi tərk edə bilməz. Həmçinin üzərində həmişə elektron nəzarət vasitəsi (elektron qolbaq) gəzdirməlidir. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişə bilməz.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr