AZ

500 manatlıq əsginas niyə yoxa çıxıb? – RƏSMİ AÇIQLAMA

Mərkəzi Bank 500 manat nominallı xatirə pul nişanına niyə az rast gəlinməsinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, qurumdan "yenisabah.az"ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən pul nişanı 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə 2021-ci ildə tədavülə buraxılıb.

Mərkəzi Bank qeyd edib ki, 500 manat nominallı xatirə pul nişanı ümumilikdə 1 milyon ədəd olmaqla, məhdud sayda istehsal edilərək tədavülə buraxılıb.
 

"Bu pul nişanı öz nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsi hesab olunur. Mərkəzi Bank tərəfindən məhdud sayda istehsal edilərək tədavülə buraxıldığı üçün sözügedən pul nişanına dövriyyədə digər nominallarla müqayisədə daha az rast gəlinir".


Qeyd olunub ki, tədavüldə olan pul nişanlarının həcmi ilə bağlı məlumatları Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilən "Milli pul nişanları" bölməsindən əldə etmək mümkündür.

Bizim.Media

Seçilən
0
9
bizim.media

10Mənbələr