O, layihənin hələ də “çox maraqlı” olduğunu və şirkətin mühəndislərinin cəmi 3,6 metr uzunluğunda müasir avtomobil yaratmağın yollarını axtarmağa davam etdiyini bildirib. Kompaktlıq Rocketman-ın əsas xüsusiyyəti idi - konsepsiya 1959-cu ildən klassik Mini-nin mənəvi varisi kimi düşünülmüşdü...
Üç qapılı hetçbek karbon lifli məkan çərçivəsi, dörd oturacaq və sürüşmə elementi olan unikal arxa lyuk ilə qeyri-adi dizayna malik idi.
Lakin, son 15 ildə avtomobil sənayesi əhəmiyyətli dərəcədə dəyişib.
Müasir avtomobillər daha böyük və texnoloji cəhətdən daha inkişaf etmiş hala gəlib və sərt təhlükəsizlik tələbləri ultra-kompakt modellərin yaradılmasını çətinləşdirir.
Humpf-a görə, Mini-nin kompakt ölçüləri müasir sürücü yardım sistemləri və yüksək səviyyəli təhlükəsizliklə birləşdirməsi lazımdır.
...Bu asan deyil,- dizayner etiraf edib.
Əli Babayev