AZ

“Netanyahu nə istəsəm, edir”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp hazırkı səlahiyyət müddətini başa vurduqdan sonra İsrailin baş naziri postuna namizəd ola biləcəyi ilə bağlı zarafat edib.

Gununsesi.info xəbər verir ki, onun sözlərini “Fox News” yayıb.

“Bəlkə bunu etdikdən sonra İsrailə gedib baş nazir postuna namizədliyimi irəli sürəcəm. Bu səhər sorğum var idi və mən 99% əminəm”, – Tramp mətbuat konfransı zamanı deyib.

Bundan əlavə, Ağ Ev rəhbəri İsrailin Baş naziri Benyamin Netanyahu haqqında yüksək danışıb və onu çox yaxşı insan adlandırıb:

“Netanyahu çox yaxşı insandır. O, mənim ondan istədiyim hər şeyi edir”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
6
icma.az

7Mənbələr