AZ

Trampdan qalmaqallı açıqlamalar: İsa Məsih səsləri saysaydı belə, Kaliforniyada qalib gələrdim...

ABŞ Prezidenti Donald Tramp İsrail, İran, Rusiya, Çin və daxili siyasətlə bağlı sərt və iddialı bəyanatlar səsləndirib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trump bu gün həm daxili siyasət, həm də beynəlxalq münasibətlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Tramp xüsusilə Kaliforniyada siyasi dəstəyi, İsraillə münasibətləri, İran siyasəti və dünya liderləri barədə söylədiyi fikirlərlə gündəmə gəlib.

ABŞ Prezidenti bildirib ki, hətta İsa Məsih özü gəlib səsləri saysaydı belə, Kaliforniyada qalib gələcəyini düşünür. O, bu sözlərlə seçkilərdə böyük ictimai dəstəyə malik olduğunu vurğulamağa çalışıb.

Tramp İsraildə çox yüksək dəstəyə sahib olduğunu da iddia edib. Onun sözlərinə görə, İsraildə ona dəstək səviyyəsi 99 faizə yaxındır və hətta istəsə, gələcəkdə həmin ölkədə baş nazir postuna namizədliyini irəli sürə bilər. ABŞ Prezidenti çıxışında İsrailin Baş naziri Benjamin Netanyahu barədə də danışaraq, Netanyahunun “istədiyi hər şeyi edəcəyini” bildirib.

Rusiya və Çin liderlərinin görüşünü də şərh edən Tramp qeyd edib ki, Si Tsipin və Vladimir Putin ilə münasibətləri yaxşıdır. O, liderlərin görüş mərasimini izlədiyini və öz tədbirlərinin daha möhtəşəm olduğunu düşündüyünü deyib. Tramp onların “yaxşı komanda” olduqlarını da əlavə edib.

İran məsələsinə toxunan ABŞ Prezidenti Vaşinqtonun Tehrana münasibətdə tələsmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ-də bəzi dairələr aralıq seçkilərlə bağlı narahatlıq keçirsə də, özü bu məsələdə tələsmək niyyətində deyil. Tramp həmçinin İranda sosial vəziyyətin ağır olduğunu və ölkə daxilində ciddi narazılığın mövcudluğunu iddia edib.

Bununla yanaşı, Tramp ABŞ-nin Venesuela və İran üzərində ciddi təsirə malik olduğunu bildirərək, “biz faktiki olaraq İranı nəzarət altına almışıq” ifadəsini işlədib. O qeyd edib ki, indiyədək ABŞ tərəfi 13 nəfər itki verib və başqa bir rəhbərlik altında bu rəqəmin yüz minlərlə ola biləcəyini söyləyib.

ABŞ Prezidenti çıxışında özü haqqında da iddialı fikirlər səsləndirib. Tramp bildirib ki, gələcəkdə insanlar onun haqqında “indiyə qədər yaşamış ən böyük prezident” ifadəsini işlədəcəklər.

O, həmçinin tikintisi davam edən yeni banket zalı barədə danışaraq, layihənin əslində hərbi kompleks funksiyası daşıdığını qeyd edib. Trampın sözlərinə görə, binanın dam hissəsi pilotsuz uçuş aparatları üçün platforma rolunu oynayacaq və obyekt eyni zamanda güclü müdafiə mövqeyi kimi istifadə ediləcək.

Poliqon.info

Seçilən
30
34
poliqon.info

10Mənbələr