2-ci Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün ən yaxşı bombardiri Cavid İmamverdiyev olub.
QOL.az PFL-ə istinadən xəbər verir ki, uzun fasilədən sonra 2023-cü ildə bərpa olunan və 3-cü mövsümü başa çatan turnirin ən məhsuldar oyunçusunun hesabında 65 qol var.
Daha iki futbolçu 60 qol səddini arxada qoyub. Elvin Nəsibovu rekordçudan 2 qol ayırır. Tural Qurbatov isə ikincilikdən bir top geridədir.
“Üçlük”dən başqa yalnız Vidadi Cəfərov 50-dən çox qol vurub. Onun aktivində 55 top var.
PFL bayrağı altında keçirilən 2-ci Liqanın 10 ən yaxşı bombardiri:
1. Cavid İmamverdiyev - 65 qol
2. Elvin Nəsibov – 63 qol
3. Tural Qurbatov – 62 qol
4. Vidadi Cəfərov – 55 qol
5. Elxan Məmmədov – 43 qol
6. Elariz Xəlilli – 42 qol
7. Valeh Seyidov – 41 qol
8. Tofiq Nəsibov - 33 qol
9. Famil Camalov – 30 qol
10. Bəhruz Teymurov - 27 qol