AZ

“Qarabağ” növbəti transferinin anonsunu verdi Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Qarabağ” klubu rəsmi instaqram hesabında etdiyi paylaşımla növbəti transferinin anonsunu verib.

“Qafqazinfo” xəbər verir ki, növbəti mövsüm ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək Ağdam klubu paylaşımda “Tezliklə” qeydini yazaraq yeni futbolçu ilə razılıq əldə olunduğuna işarə vurub.

Xatırladaq ki, “Köhlən atlar” bundan əvvəl fransalı yarımmüdafiəçi Jali Muaddiblə 3 illik müqavilə imzalayaraq yay transfer pəncərəsində ilk keçidini rəsmiləşdirmişdi. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışacaq və komandada 7 nömrəli formanı geyinəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
6
qafqazinfo.az

7Mənbələr