AZ

EMTA Dünya Bankı ilə qaz sızmalarının aşkarlanması və təmirinin maliyyələşdirilməsini nəzərdən keçirib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 20 may, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) ölkəmizdə səfərdə olan Dünya Bankının Qlobal Səmt Qazının Yandırılması və Metan Emissiyalarının Azaldılması (GFMR) üzrə etimad fondunun qiymətləndirmə missiyası ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Dünya Bankının nümayəndə heyətinin rəhbəri, energetika üzrə baş mütəxəssis Sandu Qidirim, eləcə də nümayəndə heyətinin üzvləri və EMTA-nın əməkdaşları iştirak ediblər.

Görüş zamanı qaz sızmalarının aşkarlanması və təmirinin (LDAR) maliyyələşdirilməsi mexanizmi layihəsi ətrafında fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
azertag.az

2Mənbələr