İcmalar tərəfindən toplanan məlumatlar sakinlərin özlərinin iştirakı ilə istifadə edilməlidir, əks halda onlar öz dəyərini itirir.
"Report"un məlumatına görə, bunu Uqandanın "Slum Dwellers International" (ACTogether Uganda) təşkilatının nümayəndəsi Coan Nsiimo WUF13 çərçivəsində keçirilən "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" mövzusunda tədbirində bəyan edib.