2025-ci il üzrə Bakı şəhəri, eləcə də respublikanın şəhər və rayon icra hakimiyyətlərinə dair statistik göstəricilərə əsasən, ümumi işçilərin 5063 nəfəri (75.6%) kişi, 1633 nəfəri (24.4%) qadın olub.
Ölkə.az "Unikal"a istinadən xəbər verir ki, ötən il icra başçısının müavinlərinin 121 nəfəri (66.9%) kişi, 60 nəfəri (33.1% ) qadın olub.
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının 8 şəhər və rayon icra hakimiyyətlərində 689 kişi, 250 qadın işçi çalışıb. Ötən il icra başçısı müavinlərinin 13 nəfəri kişi, 5 nəfəri qadın olub.