Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi nümayəndələri də iştirak ediblər.
Tədbirdə indiki və keçmiş müstəmləkələri təmsil edən Qlobal Cənub Gənclər Platformasının üzvləri, gənc tədqiqatçılar, beynəlxalq hüquq sahəsində ixtisaslaşmış şəxslər, səhiyyə sahəsi üzrə mütəxəssislər, müstəqillik tərəfdarı olan siyasi partiya və təşkilatların nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və universitet tələbələri daxil olmaqla ümumilikdə 22 ölkədən nümayəndə iştirak edib.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, iki mərhələdən ibarət görüşlər zamanı platformanın gələcək fəaliyyəti ilə bağlı qərarların qəbul edilməsi nəzərdə tutulur.Onun sözlərinə görə, bu qərarlar sırasında Qlobal Davamlı Gənclər Platformasına yeni üzvlərin qəbul olunması, gələcəkdə əməkdaşlıq ediləcək beynəlxalq təşkilatların müəyyənləşdirilməsi, həmçinin tədbirlərin hansı ölkələrdə və hansı beynəlxalq təşkilatların qərargahlarında keçirilməsi kimi məsələlər yer alır.Abbas Abbasov qeyd edib ki, platformaya yeni üzv olan ölkə və ərazilər sırasında Misir, həmçinin Bonayr və Sint Martin də var.Tədbirdə, həmçinin müxtəlif regionlardan olan gənclər arasında kolonializm və neokolonializmin davam edən təsirlərinə qarşı daha güclü və koordinasiyalı mübarizə mexanizmlərinin qurulması, Qlobal Cənub Gənclər Platformasının şəbəkələşməsi, beynəlxalq həmrəyliyin real və effektiv platformalara çevrilməsi məsələləri müzakirə olunub.Eyni zamanda, gənclərin daha yüksək səviyyədə təşkilatlanması, azlıqların üzləşdiyi sistemli ayrı-seçkilik və hüquq pozuntularının beynəlxalq gündəmin mərkəzinə gətirilməsi, eləcə də bu problemlərə qarşı konkret, nəticəyönümlü beynəlxalq təşəbbüslərin irəli sürülməsi ətrafında fikir mübadiləsi aparılıb.Bildirilib ki, müstəmləkə və neokolonial idarəetmə altında olan ərazilərdə urbanizasiya prosesləri ciddi struktur problemləri, sosial bərabərsizlik və infrastruktur çatışmazlıqları ilə müşayiət olunur.Qeyd edilib ki, Yeni Kaledoniyada Fransa tərəfindən həyata keçirilən miqrasiya siyasəti demoqrafik balansın dəyişməsinə səbəb olub, nəticədə yerli kanak əhalisi azlıq vəziyyətinə düşərək şəhər mərkəzlərindən periferiyalara sıxışdırılıb. Paralel olaraq, adaya köçürülən Avropa mənşəli əhalinin iqtisadi üstünlüyü sosial-iqtisadi bərabərsizliyin daha da dərinləşməsinə gətirib çıxarıb.
Konfransda vurğulanıb ki, Bonayrda Niderlandın müstəmləkə siyasətinin davam edən təsirləri, artan turizm və xarici investisiya təzyiqləri ilə birlikdə mənzil bazarında ciddi qiymət artımına səbəb olur.
Bu isə yerli əhalinin əlçatan yaşayış imkanlarını məhdudlaşdıraraq sosial bərabərsizliyi daha da dərinləşdirir.Bundan başqa, Mayotda “Çido” siklonu nəticəsində infrastrukturun 90 faizdən çoxunun sıradan çıxdığı, 100 mindən artıq insanın evsiz qalaraq məcburi köçkün vəziyyətinə düşdüyü bildirilib.Genişmiqyaslı humanitar fəlakət fonunda Fransa hakimiyyətinin gecikmiş və etinasız reaksiyasının böhranın miqyasını daha da dərinləşdirdiyi qeyd olunub.Tədbir çərçivəsində konfrans iştirakçıları müstəmləkə və neokolonial idarəetmənin sosial-iqtisadi təsirlərini, urbanizasiya proseslərində yaranan struktur bərabərsizlikləri, mənzil təminatı sahəsində mövcud çağırışları, eləcə də bu problemlərin yerli əhali üzərində yaratdığı təsirləri müzakirə ediblər.





Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.