Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
15 ildən sonra klubdan gedir
"Vilyarreal"ın müdafiəçisi Alfonso Pedrasa mövsümün sonunda klubu tərk edəcək.
QOL.az xəbər verir ki, bu barədə İspaniya klubu məlumat yayıb.
Qeyd edək ki, Pedrasa 2011-ci ildən bəri "Vilyarreal"ın uğurları üçün çalışır. O, məhz həmin il klubun akademiyasına qoşulub. İspaniya təmsilçisinin heyətində 30 yaşlı futbolçu ümumilikdə 234 matçda meydana çıxıb, 13 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2021-ci ildə "Vilyarreal"ın heyətində Avropa Liqasının qalibi adını qazanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.