AZ

“Bakıda hazırda çox acınacaqlı vəziyyət yaranıb Fazil Mustafa DANIŞDI

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, hansı layihə gerçəkləşərsə və icra olunarsa, onu yüksək qiymətləndirmək lazımdır:

"Çünki Bakıda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün artıq olduqca tələsmək lazımdır. Hazırda çox acınacaqlı vəziyyət yaranıb. Ona görə də bu kimi layihələr yenidən düşünülərək həyata keçirilməlidir ki, mövcud sıxlıq aradan qaldırılsın. Hər halda, nəqliyyat naziri də keçiriləcək yeni layihələr haqqında kifayət qədər əhatəli açıqlama verdi və çox əsaslı bir layihənin təqdimatı tanıdıldı. Hesab edirəm ki, əgər bunlar 2030-cu ilə qədər gerçəkləşərsə, Bakıda sıxlıq və tıxac məsələlərinin həlli də mümkün olacaq”.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
redaktor.az

2Mənbələr