AZ

"Dəhlizə logistika şirkətləri tərəfindən böyük maraq var" -

"Yeni beynəlxalq hava limanları regionun artan logistika potensialını, yük daşımalarını və bağlantı imkanlarını dəstəkləyir".Metbuat.az xəbər verir ki, bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən “Urbisid və onun nəticələrinə dair" panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. "Dəhliz tam istifadəyə verilməsə də logistika və sənaye şirkətləri tərəfindən böyük maraq müşahidə olunur. İnvestorlar bu marşrutun strateji əhəmiyyətini və yaradacağı iqtisadi imkanları aydın şəkildə görürlər.Biz inanırıq ki, bu strateji dəhliz gələcəkdə ticarətin, logistikanın, turizmin və iqtisadiyyatın digər sahələrinin inkişafını sürətləndirəcək". Vahid Hacıyev qeyd edib ki, Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı bərpa prosesi uzunmüddətli planlaşdırma ilə həyata keçirildikdə, belə bölgələr inkişafın və sülhün aparıcı qüvvəsinə çevrilə bilər.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr