AZ

Tarixin 20 mayı...

Bu gün tarixin vərəqlərində 20 maydayıq.

Hit.az bildirir ki, bu gün bir sıra mühüm hadisələrlə yadda qalıb.

Eyni zamanda, 20 may görkəmli şəxslərinin bir çoxunun doğulduğu, bir çoxunun da vəfat etdiyi gündür. Bundan başqa, 20 may Birləşmiş Millətlər Təşkilatı (BMT) Ümumdünya Arı Günü, Kamerunda isə Milli Gün kimi qeyd olunur. Beləliklə, tarixin 20 mayına nəzər salırıq...

20 mayda baş verənlər:
1481-ci ildə II Bəyazid Osmanlı padşahı olub. 1902-ci ildə Kuba ABŞ-dən ayrılaraq müstəqilliyini elan edib. 1933-cü ildə Türk Hava Yolları təsis edilib. 1983-cü ildə Türkiyədə Turqut Özal tərəfindən Anavətən Partiyası qurulub.

20 mayda doğulanlar:
1988-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi Amid Heydərov, 1884-cü ildə ədəbiyyatşünas Salman Mümtaz, 1907-ci ildə Xalq artisti, opera müğənnisi Həqiqət Rzayeva, 1920-cı ildə Əməkdar artist, qoboyçu Məmməd Orucov, 1946-cı ildə Xalq şairi və sabiq deputat Sabir Rüstəmxanlı, 1981-ci ildə müğənni Natavan Həbibi, 1984-cü ildə müğənni Dilarə Kazımova, 1985-ci ildə repçi Qurd və 1986-cı ildə futbolçu Anatoli Nuriyev dünyaya gəlib.

Həmçinin, 1799-cu ildə fransız dramaturq Onore de Balzak, 1886-cı ildə “Qalatasaray”ın qurucusu Əli Sami Yen, 1915-ci ildə israilli dövlət xadimi Moşe Dayan, 1944-cü ildə ingilis müğənni Co Koker, 1956-cı ildə rus yazıçı Boris Akunin, 1982-ci ildə çexiyalı qapıçı Petr Çex və 1997-ci ildə amerikalı müğənni Omar Apollo doğulub.

20 mayda vəfat edənlər:
1888-ci ildə şair Seyid Əzim Şirvani, 1986-cı ildə Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə, 1997-ci ildə Əməkdar incəsənət xadimi, kinorejissor Şamil Mahmudbəyov və 2006-cı ildə Əməkdar incəsənət xadimi, bəstəkar Əfsər Cavanşirov dünyasını dəyişib.

Həmçinin, 1947-ci ildə alman fizik Filipp Lenard, 1996-cı ildə ingilis aktyor Con Pertvi, 2009-cu ildə rus aktyor Oleq Yankovski və 2019-cu ildə avstraliyalı Formula-1 pilotu Niki Lauda vəfat edib.

Pərviz

Seçilən
0
21
hit.az

10Mənbələr