AZ

Yelena Qalinovskaya: Dağ yaşayış məntəqələrinin inkişafı həm milli, həm də qlobal əhəmiyyət daşıyır

Dağ yaşayış məntəqələrinin inkişafı yalnız yerli problemlərin həlli deyil, həm də dövlətlərin strateji inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun aparıcı elmi işçisi Yelena Qalinovskaya Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, dağ yaşayış məntəqələrinin inkişafı mövzusu iki mühüm aspekti özündə birləşdirir.

“Bu məsələ bir tərəfdən əlçatmaz dağlıq bölgələrdə yaşayan insanların gündəlik problemlərinin həlli ilə bağlıdırsa, digər tərəfdən dövlət və qlobal səviyyədə strateji əhəmiyyət daşıyır. Dövlətlər üçün dağ yaşayış məntəqələrinin inkişafı ölkə ərazisində balanslı məskunlaşmanın təmin edilməsi baxımından vacibdir.

Dövlətin dayanıqlı inkişafı yalnız meqapolislər və iri şəhərlərlə deyil, həm də kiçik yaşayış məntəqələrinin inkişafı ilə təmin olunur. Dağ kəndləri və kiçik yaşayış məntəqələri sosial-iqtisadi sabitlik üçün mühüm rol oynayır”, – deyə o bildirib.

Seçilən
0
1
azerbaijan-news.az

2Mənbələr