AZ

Local2030 Koalisiyası: Mənzil böhranının həlli üçün özəl investisiyalar cəlb olunmalıdır

Mənzil siyasətinin uğurla həyata keçirilməsi üçün dövlət resursları ilə yanaşı özəl investisiyaların da səfərbər olunması vacibdir.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada UN-Habitat-ın Local2030 Koalisiyasının direktoru və Katibliyinin rəhbəri Sebastyan Vozel bildirib.

Onun sözlərinə görə, mənzil yalnız ayrıca bir sektor deyil, nəqliyyat, kommunal xidmətlər, iqtisadi inkişaf və digər sahələrlə sıx əlaqəli kompleks sistemdir.

Vozel qeyd edib ki, parlamentlər yerli icmaların ehtiyaclarını milli siyasətə daşımaqla yanaşı, qlobal öhdəliklərin qanunvericiliyə və praktiki fəaliyyət planlarına çevrilməsində mühüm rol oynayır.

O bildirib ki, parlamentlərin büdcə üzərində nəzarət funksiyası mənzil siyasətinin maliyyələşdirilməsi üçün vacibdir. Deputatlar dövlət büdcəsində müvafiq vəsaitin ayrılmasını təmin etməklə yanaşı, özəl sektor investisiyalarının cəlb olunmasına da şərait yarada bilərlər.

UN-Habitat rəsmisinin sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə icrası üçün milli hökumətlər, yerli idarəetmə orqanları və parlamentlər arasında sıx əməkdaşlıq tələb olunur.

Seçilən
38
apa.az

1Mənbələr