AZ

Təyyarə, yoxsa qatar? Tiflisə gedib qayıtmağın ən ucuz variantı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı ilə Tiflis arasında səyahət etmək istəyənlərin sayı hər ötən gün artır. İstər turizm, istərsə də iş məqsədilə qonşu ölkəyə yollanmaq üçün ən vacib məsələ nəqliyyat xərclərini minimuma endirməkdir. Əvvəllər bu marşrut üzrə ancaq təyyarə seçimi var idisə, hazırda qatar variantı da əlavə olunub. ADY rəsmi açıqlamasında elan edib ki, biletlər 81 manatdan başlayacaq.Demokrat.az xəbər verir ki, daha qənaətcil kombinasiyalar aparılan araşdırmalar nəticəsində sərnişinlər üçün ən optimal gediş-gəliş sxemi bəlli olub.Qiymətlərə diqqət yetirdikdə maraqlı mənzərə yaranır. Bakıdan Tiflisə qatarla yollanmaq cəmi minimum 81 manata başa gəlir. Hava nəqliyyatına üstünlük verənlər isə gediş üçün 167 manat ödəniş etməlidir. İlk baxışda təyyarə biletinin nisbətən baha olması normal görünə bilər. Əsas maliyyə sürprizi isə geri qayıdanda yaşanır.Tiflisdən Bakıya təyyarə ilə qayıtmaq istəyənlər 300 manatdan baha qiymətlə qarşılaşırlar. Bu isə birtərəfli gediş haqqından demək olar ki, iki dəfə çoxdur. Belə kəskin qiymət artımı büdcəyə ciddi ziyan vurur.Buna görə də yaranmış vəziyyətdə ən sərfəli gediş-gəliş forması fərqli nəqliyyat vasitələrini birləşdirməkdir. Səyahətə gedərkən təyyarə ilə uçmaq, geri dönərkən isə qatardan istifadə etmək cibinizə xeyli qənaət edə bilər. Cədvəldən də göründüyü kimi, kombinasiya edilmiş variant büdcənizə təxminən 220 manata yaxın qənaət imkanı yaradır.Səyahət planlaşdırarkən unudulmamalı olan digər vacib məqam səyahət sığortasıdır. Xarici ölkəyə gedərkən baş verə biləcək gözlənilməz tibbi xərcləri sığortalamaq üçün bu sənədin alınması mütləqdir. Səyahət sığortasının qiyməti gün sayından və təminat paketindən asılı olaraq dəyişir. Standart olaraq, 1 həftəlik Gürcüstan səyahəti üçün sığorta haqqı orta hesabla 5-10 manat təşkil edir. Bu kiçik məbləğ gələcəkdə yarana biləcək böyük tibbi xərclərin qarşısını alır və səfərinizin təhlükəsizliyini təmin edir.Nəticə etibarilə, sığorta pulunu da bura əlavə etdikdə, təyyarə və qatar kombinasiyasından istifadə etməklə ümumi səyahət büdcəsini 255-260 manat civarında saxlamaq mümkündür. Bu da həm vaxta qənaət etmək, həm də Tiflisdən Bakıya rahat və ucuz qiymətə qayıtmaq üçün ən ideal həll yoludur.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
demokrat.az

1Mənbələr