AZ

Filippində hərbi təlim təyyarəsi qəzaya uğrayıb

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Filippin Hərbi Hava Qüvvələrinə (PAF) aid təlim təyyarəsinin ölkənin Benqet bölgəsində qəzaya uğrayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təlim təyyarəsi Benguet əyalətinin Tuba şəhərində, Cabuyao dağının yaxınlığında meşəlik əraziyə düşüb.

Qəzadan az sonra əraziyə axtarış-xilasetmə qrupları göndərib.

Yerli “Inquirer” qəzetinin məlumatına görə, təhlükəsizlik məlumatı mütəxəssisi, podpolkovnik Roy Kalulot hadisə zamanı biri qadın olmaqla iki zabitin yaralandığını bildirib.

Xəsarət alan zabitlər huşsuz vəziyyətdə xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
525.az

1Mənbələr