AZ

Leyla Əliyeva: Bakıda böyük transformasiya prosesi gedir, şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir

IDEA milyonlarla ağacın əkilməsi, uşaqların maarifləndirilməsi, seminarların təşkili, su israfı və hava çirkliliyi ilə bağlı məlumatlandırma, sənədli filmlərin və sərgilərin hazırlanması kimi çoxsaylı layihələr həyata keçirib.

Aznews.az xəbər verir ki, bu, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın WUF13 çərçivəsində “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransın iştirakçılarına mesajında qeyd olunub.

“Biz şəhər mühitini yaxşılaşdırmaq, şəhərləri insanlar və təbiət üçün daha yaxşı məkana çevirmək istiqamətində çalışırıq. IDEA məkanları daha yaşıl və hər yaşdan insanlar üçün əlçatan ictimai məkanlara çevirir. Bu da insanları daha çox açıq havada vaxt keçirməyə və daha təmiz hava almağa təşviq edir. Daha dayanıqlı ətraf mühitin yaradılması üçün yaşayış ərazilərində yaşıl sədlər quraşdırılır”, - mesajda bildirilib.

Vurğulanıb ki, IDEA velosiped istifadəsini təşviq etməklə dayanıqlı nəqliyyatı fəal şəkildə dəstəkləyir.

“Biz həmçinin plastik tullantıların toplanaraq təkrar emala yönləndirilməsi üçün sahilyanı təmizlik kampaniyaları təşkil edirik. Bu günə qədər 120 tondan artıq tullantı toplanaraq utilizasiya olunub. Bütün bu fəaliyyətlərlə IDEA daha sağlam və yaşıl gələcək qurmağı, həmçinin gənc nəsildə ekoloji məsuliyyətin möhkəm təməlini formalaşdırmağı hədəfləyir”, - mesajda deyilir.

Seçilən
11
12
aznews.az

10Mənbələr