Latın Amerikası və Karib hövzəsi ölkələri demoqrafik dəyişikliklər və zorakılıq səviyyəsinin artması fonunda şəhər siyasətinə yanaşmaların yenidən nəzərdən keçirilməsi zərurəti ilə üzləşir.
1news.az report-a istinadən xəbər verir ki, bunu Latın Amerikası və Karib hövzəsi üçün İqtisadi Komissiyanın (ECLAC) yaşayış məntəqələri üzrə bölməsinin rəhbəri Dieqo Aulestiya (Diego Aulestia) Bakıda WUF13 çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə kompleks yaxşılaşdırılması" adlı tədbirdə deyib.