
Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb.
AFN.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır:
Bakı-Tbilisi: 81 AZN-dən;
Yevlax-Tbilisi: 67 AZN-dən;
Gəncə-Tbilisi: 62 AZN-dən;
Ağstafa-Tbilisi: 57 AZN-dən;
Böyük Kəsik-Qardabani: 51 AZN-dən.
Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.