AZ

Azərbaycan klublarının potensial rəqibləri və avrokubok perspektivi

futbolpress-az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanı yeni mövsümdə Çempionlar Liqasında “Sabah”, Avropa Liqasında “Qarabağ”, Konfrans Liqasında isə “Neftçi” və “Turan Tovuz” təmsil edəcək. Tovuz klubundan başqa, digər komandalar mübarizəyə I təsnifatdan başlayacaq. “Turan Tovuz” isə II-dən yarışa qoşulacaq.

Artıq “Sabah”, “Qarabağ” və “Neftçi”nin potensial rəqiblərinin əksəri məlumdur. “Qarabağ” və “Neftçi” I təsnifatda güclülər sırasında – səpələnmişlər, “Sabah” isə səpələnməmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, “Qarabağ” və “Neftçi” üçün nisbətən zəif, “Sabah”a isə güclü rəqiblərin düşməsi ehtimalı böyükdür.

“Sabah”ın tarixində ilk dəfə iştirak edəcəyi Çempionlar Liqasındakı potensial rəqibləri:

“Şemrok Rovers” (İrlandiya)

KUPS (Finlandiya)

“Drita” (Kosovo)

“Linkoln” (Cəbəllütariq)

“Borats” (Bosniya və Herseqovina)

“Vikinqur” (İslandiya)

“Kayrat” (Qazaxıstan)

“Universitatya Krayova” (Rumıniya)

“Riqa” (Latviya)

“Klaksvik” (Farer adaları)

“Flora” (Estoniya)

“Larn” (Şimali İrlandiya)

“Petrokub” (Moldova).

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərindən beşini adına aydınlıq gəlib. Daha üç komanda isə hələ müəyyənləşməyib:

“Universitatya Kluj” (Rumıniya)

“Voyvodina” (Macarıstan)

“Vestri” (İslandiya)

“Derri Siti” (İrlandiya)

“Aluminiy” (Sloveniya)

“Neftçi”nin potensial rəqibləri:

İlves (Finlandiya)

Santa Koloma (Andorra)

Konnah (Uels)

Bohemians (İrlandiya)

Europa (Cəbəllütariq)

Styarnan (İslandiya)

İnter Turku (Finlandiya)

Yelimat (Qazaxıstan)

Malişeva (Kosovo)

Hegelman (Litva)

Penibont (Uels)

Runavik (Farer adaları)

Qlentoran (Şimali İrlandiya)

Marsakslokk (Malta)

Nimme Kalyu (Estoniya)

Kaernarfon (Uels).

Məlum potensial rəqiblərə nəzər salanda, “Qarabağ” və “Neftçi” üçün keçilə biləcək komandaların sayı kifayət qədərdir. Hər iki klub mübaliğəsiz I mərhələni keçməyə borcludur. “Sabah”da isə nisbətən daha çətin kollektivlər var. Rəqiblərin demək olar, hər biri yaxşı avrokubok təcrübəsinə sahibdir. Onlar arasında “Kayrat”, “Vikinqur”, “Borats”, “KuPS” ötən mövsüm avrokubokların qrup mərhələsində mübarizə aparıb. Hər bir halda, ilk oyunlara iki aya yaxın vaxt var və heyətin gücləndirilməsi, komandanın Çempionlar Liqasına qədər tam hazır vəziyyətə gətirilməsi vacibdir.

“Turan Tovuz”un potensial rəqibləri I təsnifat mərhələsinin oyunlarından sonra dəqiqləşəcək.

Hər üç turnirdə ilk püşk iyunun 16-da atılacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
futbolpress.az

1Mənbələr