AZ

"Plastik çirklənmə israfçı inkişaf modelinin ən görünən əlamətlərindən biridir" - Nigar Arpadarai

Azərbaycan dayanıqlı şəhər inkişafı, “yaşıl” iqtisadi artım və ətraf mühitin qorunmasını prioritet kimi müəyyən edib. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işləri də müasir davamlılıq prinsiplərinin, daha səmərəli tullantı idarəetmə sistemlərinin və “yaşıl” şəhərsalma yanaşmalarının tətbiqi üçün mühüm imkanlar yaradır.

Redaktor.az xəbər verir ki, bunu COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, gələcəyin şəhərləri keçmişin səhvlərini təkrarlamamalıdır: “Plastik çirklənmə israfçı inkişaf modelinin ən görünən əlamətlərindən biridir. Lakin bu, eyni zamanda iqtisadiyyatlarımızı necə qurduğumuzu, necə istehlak etdiyimizi, şəhərləri necə planlaşdırdığımızı, sektorlar və sərhədlər üzrə necə əməkdaşlıq etdiyimizi yenidən düşünmək üçün bir fürsətdir”.

Əgər biz buna nail olsaq, təkcə çirklənməni azaltmayacaq, həm də daha sağlam icmalar, daha “yaşıl” iqtisadiyyatlar, yeni iş yerləri, daha güclü dayanıqlılıq və gələcək nəsillər üçün daha ləyaqətli şəhər həyatı yaradacağıq. Bu isə kollektiv liderlik tələb edir. Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor bunu təkbaşına edə bilməz. Lakin tərəfdaşlıq, innovasiya və siyasi iradə vasitəsilə biz birlikdə bu problemi daha davamlı və “yaşıl” şəhərlərə aparan bir imkana çevirə bilərik".

Seçilən
18
4
redaktor.az

5Mənbələr