AZ

XIII Ümumdünya Şəhərsalma Forumunun ev sahibi Azərbaycan qlobal dialoq və beynəlxalq əməkdaşlığın fəal iştirakçısı rolunda

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

XIII Ümumdünya Şəhərsalma Forumu (ing. World Urban Forum XIII) çərçivəsində keçirilən tədbirdə iştirak etmək mənim üçün həm qürurverici, həm də çox dəyərli bir təcrübə oldu.

Bu forum dünya miqyasında şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya, innovasiya və gələcəyin şəhər modelləri ilə bağlı ən vacib beynəlxalq platformalardan biridir. World Urban Forum müxtəlif ölkələrdən dövlət qurumlarını, beynəlxalq təşkilatları, mütəxəssisləri, şəhər planlaşdırıcılarını, biznes nümayəndələrini və yaradıcı sənaye təmsilçilərini bir araya gətirərək çox önəmli fikir və təcrübə mübadiləsinə şərait yaradır.

Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirlərinin iştirakçısı olan ölkələr yalnız öz inkişaf modellərini təqdim etmir, eyni zamanda bir-birinin təcrübəsindən faydalanır, yeni əməkdaşlıqlar qurur və gələcəyin daha dayanıqlı, yaşanıla bilən şəhərləri üçün ortaq yanaşmalar formalaşdırırlar. Urban forumlar şəhərlərin inkişafına, infrastrukturun təkmilləşməsinə, ekoloji düşüncənin güclənməsinə, texnologiyaların tətbiqinə və insan mərkəzli şəhər mühitinin qurulmasına ciddi töhfə verir.

Azərbaycan üçün Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq platformanın xüsusi əhəmiyyəti var. Çünki bu forum ölkəmizin inkişaf dinamikasını, müasir şəhərsalma yanaşmasını, turizm potensialını, mədəni dəyərlərini və təşkilatçılıq qabiliyyətini dünyaya nümayiş etdirmək baxımından böyük imkan yaradır. Eyni zamanda bu cür tədbirlər ölkəmizə gələn xarici qonaqların Azərbaycanı daha yaxından tanımasına, yerli şirkətlərlə əməkdaşlıq imkanlarından faydalanmasına və ölkəmiz haqqında müsbət təəssürat formalaşdırmasına səbəb olur.

Forumda yerli və xarici qonaqların fəal iştirakı, müxtəlif ölkələrin nümayəndələri ilə qurulan əlaqələr və aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı, peşəkar və diqqət mərkəzində olan bir məkana çevrilib. Bu, həm ölkənin imicinə, həm turizmin inkişafına, həm də biznes və beynəlxalq əməkdaşlıqların genişlənməsinə mühüm töhfə verir.

Xüsusilə qürurverici məqamlardan biri də odur ki, forum çərçivəsində təqdim olunan yeddi fərqli ölkənin stendi bizim şirkət tərəfindən hazırlanmışdı. Komandamızın bu prosesdə peşəkar və məsuliyyətli iştirakı bizim üçün ayrıca qürur mənbəyi oldu.

Düşünürəm ki, Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq tədbirlərdə hər birimiz sadəcə iştirakçı kimi deyil, ölkəmizi təmsil edən şəxslər kimi çıxış etməliyik. Azərbaycan brendlərini, yerli şirkətlərin potensialını, milli dəyərlərimizi və peşəkar yanaşmamızı beynəlxalq auditoriyaya doğru şəkildə təqdim etmək hər birimiz üçün böyük məsuliyyətdir.

"World Urban Forum" kimi nüfuzlu platformaların Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəmiz qlobal dialoqun, beynəlxalq əməkdaşlığın və müasir inkişaf proseslərinin fəal iştirakçısına çevrilib. Bu prosesin bir parçası olmaq isə həm şəxsi, həm də peşəkar baxımdan çox dəyərli və qürurvericidir.

Müəllif: Xəyalə Mütəllimova

"Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək" İctimai Birliyinin sədri, “Artmood Agency”-nin təsisçisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
bizimyol.info

1Mənbələr