İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada “Mançester Yunayted"in kapitanı Brunu Fernandeş layiq görülüb.
"Mançester Yunayted"in mətbuat xidməti sosial media hesabında bu barədə məlumat yayıb.

Portuqaliyalı ulduz Futbol Jurnalistləri Assosiasiyasının (FWA) versiyasına görə 2025/26 mövsümünün ən yaxşı oyunçusu adını qazanıb. O, digər 7 namizədi - Qabriel Maqalyans ("Arsenal"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Erlinq Holand ("Mançester Siti"), David Rayya ("Arsenal"), Deklan Rays ("Arsenal"), Antuan Semenyo ("Mançester Siti") və İqor Tyaqonu ("Brentford") üstələyib.
İngiltərə və Uelsdən olan 900 FWA üzvünün qatıldığı səsvermədə Deklan Rays ikinci, Erlinq Holand isə üçüncü yeri tutub.
31 yaşlı Fernandeş Premyer Liqanın cari mövsümündə 34 oyun keçirib, 8 qol vurub və 20 məhsuldar ötürmə edib.
Mirağa