AZ

Soydaşlarımızla əlaqələr daha da güclənəcək Deputat

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Pandemiya dövründə dayandırılan Bakı-Tbilisi-Bakı qatar reysinin yenidən bərpa olunması həm Azərbaycan-Gürcüstan münasibətləri, həm də regionda nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu addım iki ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilir. Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların illərdir gözlədiyi bu qərar onların gediş-gəliş imkanlarının asanlaşmasına, ailə və sosial əlaqələrinin daha rahat qurulmasına şərait yaradır. Qatar reysinin fəaliyyəti həm də turizm, ticarət və iqtisadi münasibətlərin canlanmasına əlavə töhfə verə bilər. Bir çoxları hesab edir ki, bu qərar Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarına göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan dövlətinin öz vətəndaşlarına və soydaşlarına münasibətdə bir nömrəli vəzifəsi onların təhlükəsizliyini təmin etməkdir:“Nə qədər ki, müəyyən təhlükələr və risk faktorları mövcud idi, quru sərhədlərinin bağlı saxlanılması da bununla bağlı idi. Hazırda isə Azərbaycan dövlətinin Gürcüstanla dəmir yolu əlaqəsini bərpa etməsi və sərnişin qatarlarının qarşılıqlı hərəkəti ilə bağlı qrafikin müəyyənləşdirilməsi həm Gürcüstanda yaşayan soydaşlarımızın, həm də qonşu ölkə vətəndaşlarının uzun müddətdir gözlədiyi mühüm hadisədir. Altı illik fasilədən sonra bu addımın atılması ilk növbədə soydaşlarımızla əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Eyni zamanda, Azərbaycan-Gürcüstan qonşuluq münasibətlərinin yenidən canlanmasına, qarşılıqlı turizm əlaqələrinin inkişafına və insanlar arasında təmasların artmasına mühüm töhfə verəcək. Hazırkı mərhələdə bunlar kifayət qədər vacib məsələlərdir”.O bildirib ki, Azərbaycan Gürcüstanı hər zaman etibarlı tərəfdaş kimi görüb və Gürcüstan da bu etimadı daim doğruldub:“Region ölkələri arasında ilk olaraq məhz Gürcüstanla bu əlaqələrin yenidən bərpası Azərbaycanın qonşuluq münasibətlərinə verdiyi önəmin göstəricisidir. Xüsusilə nəzərə almaq lazımdır ki, Gürcüstanda yüz minlərlə soydaşımız yaşayır və onların Azərbaycandakı insanlarla sıx qohumluq, dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu münasibətlər sadəcə sosial münasibətlər deyil, eyni zamanda ailə bağlarıdır. Biz müxtəlif ölkələrdə yaşasaq da, bir xalqın övladları olaraq həm mənəvi tellərlə, həm də qohumluq əlaqələri ilə bir-birimizə bağlıyıq. Ona görə də düşünürəm ki, Bakı-Tbilisi-Bakı qatar reysinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında ticarətin canlanmasına, turizm əlaqələrinin genişlənməsinə və ümumilikdə münasibətlərin daha da inkişafına mühüm töhfə verəcək”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
7
demokrat.az

9Mənbələr