AZ

Bu saatlarda iş başında olanlara əlavə ödəniş düşür İzah

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Ölkədə fəaliyyət göstərən bəzi müəssisələrdə gecə saatlarında çalışanların əməkhaqlarının gündüz işləyənlərlə eyni saxlanılması hallarına rast gəlinir. İşəgötürənlər eyni işin yerinə yetirilməsini əsas gətirərək qanunvericiliyin tələblərini pozurlar.Demokrat.az qafqazinfo-ya istinadla xəbər verir ki, Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işə, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla daha yüksək məbləğdə ödənilməlidir. Müvafiq qərara əsasən, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşına 20 faiz, gecə növbəsində isə 40 faiz həddində əlavə haqq hesablanmalıdır.Qanunvericiliyə görə, saat 22:00-dan səhər 06:00-a qədər olan müddət gecə vaxtı sayılır. İş vaxtının ən azı yarısı bu vaxta düşən növbə gecə növbəsi, ondan əvvəlki isə axşam növbəsi hesab edilir.Məsələn, aylıq maaşı 1000 manat (saatlıq tarifi 6,25 manat) olan işçi ay ərzində 160 saat çalışıbsa və bunun 40 saatı axşam, 40 saatı gecə növbəsinə düşübsə, ona əlavə olaraq 150 manat ödənilməlidir.Beləliklə, həmin işçinin yekun maaşı 1150 manat təşkil etməlidir. Çoxnövbəli rejimə aid edilməyən digər iş qrafiklərində isə saat 22:00-dan sonrakı fəaliyyətin hər saatına görə 20 faiz əlavə haqq verilməlidir.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
demokrat.az

1Mənbələr