AZ

Beynəlxalq münasibətlər üzrə ekspert: WUF13 də urbanizasiya məsələlərinin müzakirəsi xüsusilə əhəmiyyətlidir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində dayanıqlı və inklüziv urbanizasiya məsələlərinin müzakirəsi, xüsusilə əhəmiyyətlidir. Hesab edirəm ki, bu platformadakı müzakirələr yalnız konfrans salonları ilə məhdudlaşmamalı, real və konkret regional fəaliyyətlərə çevrilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə müstəqil ekspert Moussa Abderahman “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, gənclər təhsil, innovasiya və sahibkarlıq vasitəsilə qlobal şəhərsalma proseslərində mühüm rol oynaya bilərlər.

“Hazırda bir çox gəncin iqlimə uyğun, daha ucuz və əlçatan yaşayış modelləri üzərində çalışdığını müşahidə edirəm”, - deyə o əlavə edib.

Müxbir - Elmir Səftərov

Fotoqraf - İlqar Cəfərov

Operator - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
azertag.az

3Mənbələr