AZ

Tramp üsyankar respublikaçını devirdi

ABŞ-də Respublikaçılar Partiyasının ilkin seçkilərində diqqət çəkən nəticələrdən biri Kentukki ştatında qeydə alınıb.

Musavat.com xəbər verir ki, Kentukkinin 4-cü dairəsindən Konqresə seçilən hazırkı nümayəndə Tomas Massi respublikaçıların praymerizində məğlub olub.

“US Elections” layihəsinin məlumatına görə, Donald Trampın açıq şəkildə dəstəklədiyi keçmiş Navy SEAL xüsusi təyinatlısı Ed Qalrayn partiyanın namizədi olmağı bacarıb.

Məqalədə qeyd olunur ki, Tomas Massi son illərdə Respublikaçılar Partiyasının ən qeyri-standart fiqurlarından biri hesab olunurdu. O, “Epşteyn dosyeləri”nin açıqlanması ilə bağlı qanun layihəsinin səsverməyə çıxarılmasına nail olmuşdu. Bundan əlavə, Massi 2025-ci ildə qəbul edilən “One Big Beautiful Bill Act” qanununa qarşı çıxmış, həmçinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməmişdi.

Nəşrin qiymətləndirməsinə görə, məhz bu mövqelər onu Trampa yaxın düşərgənin əsas hədəflərindən birinə çevirib. Respublikaçı elektorat daxilində Trampın təsiri fonunda Massinin “sistemə qarşı” çıxışları və partiya rəhbərliyi ilə tez-tez ziddiyyət yaşaması onun mövqeyini zəiflədib.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr