ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakıda yüksək səviyyədə keçirilir. Burada müxtəlif insanlarla tanış olaraq biznes və yeni əməkdaşlıq imkanları əldə etməyə çalışıram.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-ün pakistanlı iştirakçısı Amna Azeem söyləyib.
O, fəaliyyət sahəsinin informasiya texnologiyaları ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, sessiya çərçivəsində bu sahə üzrə geniş imkanlar müşahidə olunur və müxtəlif ölkələrdən gələn mütəxəssislərlə fikir mübadiləsi aparmaq peşəkar inkişaf üçün böyük əhəmiyyət daşıyır.
Müxbir - Gülay Nəzərova
Operator - Ceyhun Mustafayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.