AZ

“Qarabağ”ın daha 2 rəqibi bəlli oldu

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bunlar Serbiyanın “Voyvodina” və Rumıniyanın “Universitatya Kluj” klublarıdır. 

Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu. Ümumilikdə isə 8 potensial rəqibdən 5-nin adına aydınlıq gəlib. 

Digər 3 komanda isə kubok finallarından sonra məlum olacaq. 

Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
qafqazinfo.az

3Mənbələr