AZ

Böyük Qayıdış mənzil təminatına düşən təzyiqi əhəmiyyətli dərəcədə azaldır - Mikayıl Cabbarov

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ölkədə mənzil təminatına düşən yükün azalmasına mühüm töhfə verir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 2020-ci ildən sonrakı dövr əsasən Böyük Qayıdış Proqramı ilə xarakterizə olunur və 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması mənzil sektoruna təzyiqi azaldır.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycanın bu sahədə əsas dərsi problemin əvvəlcə rəsmi şəkildə tanınması, daha sonra siyasi, sosial və iqtisadi amillər nəzərə alınmaqla həll modelinin hazırlanması olub.

O qeyd edib ki, uğurlu nəticə əldə etmək üçün yerli icmaların dəstəyi, hökumətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə işlək iqtisadi modelin qurulması vacibdir.

Seçilən
18
4
aznews.az

6Mənbələr