AZ

Çin lideri: Yaxın Şərqdəki vəziyyət həlledici mərhələdədir

Yaxın Şərqdə, xüsusilə Fars körfəzi bölgəsindəki vəziyyət həlledici mərhələyə daxil olub və müharibədən sülhə keçid üçün imkan yaranıb...

Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Szinpin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Çin lideri qeyd edib ki, Yaxın Şərqdə hərbi əməliyyatların tam dayandırılması təxirə salınmamalıdır, münaqişənin yenidən alovlanması yolverilməzdir və sülh danışıqlarına sadiqlik xüsusi əhəmiyyət daşıyır.

Si Szinpin daha əvvəl Hörmüz boğazının tezliklə açılmasının vacibliyini də vurğulamışdı.

19–20 may tarixlərində Vladimir Putin Çinə iki günlük dövlət səfəri edir. Səfərdən əvvəl Rusiya prezidenti Çin ictimaiyyətinə müraciət edərək Si Szinpini "uzunmüddətli yaxın dost" adlandırıb və Moskva–Pekin münasibətlərinin “sabitləşdirici rol” oynadığını bildirib. O, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin 200 milyard dollardan çox olduğunu qeyd edib. Danışıqların nəticəsi olaraq təxminən 40 sənədin imzalanması planlaşdırılır.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr