
“Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) Şurası ABŞ ilə ticarət sazişi barədə razılığa gəliblər”.
Missiya.Az xəbər verir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola özünün “X” sosial media hesabında məlumat yayıb.
"Avropa Parlamenti və Aİ Şurası Aİ ilə ABŞ arasında ticarət sazişi barədə razılığa gəliblər", - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Aİ ilə ABŞ arasındakı münasibətlər dünyada ən böyük iqtisadi münasibətdir və 16 milyon iş yeri təmin edir.
"Bu tərəfdaşlıq Atlantik okeanının hər iki tərəfindəki insanlar və müəssisələr üçün vacibdir", - deyə siyasətçi əlavə edib.
Metsola qeyd edib ki, indi razılaşdırılmış sənəd yekun təsdiq prosedurundan keçməlidir.
Daşqın HəsənovMissiya.Az