AZ

Torpağın altında qaldılar-Birinin vəziyyəti çox ağır, digəri isə...

Şəmkirdə bədbəxt hadisə baş verib.

Xəbər verilir ki, hadisə rayonun Yeni Yol kəndində qeydə alınıb.

Belə ki, sözügedən kənddə vətəndaş ona məxsus evin həyətində quyu qazan zaman torpaq uçqunu olub.

Nəticədə iki nəfər torpağın altında qalıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri cəlb edilib.

Bir nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxs isə huşsuz vəziyyətdədir və hazırda onun xilas edilməsi istiqamətində xilasedicilər tərəfindən tədbirlər həyata keçirilir.

Həmin şəxslərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır//lent


Seçilən
0
5
azia.az

10Mənbələr