AZ

Küçələri lərzəyə gətirən sürücülərə xəbərdarlıq - VİDEO

Gecə saatlarında küçələrdən gələn yüksək mühərrik səsləri bir çox vətəndaşın narazılığına səbəb olur. Bəzi sürücülər avtomobillərində idman üslubu yaratmaq məqsədilə konstruksiya dəyişikliyi edərək xüsusi səsboğucular quraşdırırlar.
 
Hətta bəzi blogerlər və ustalar bu cür dəyişiklikləri reklam edərək qanuni kimi təqdim edir, sürücüləri buna təşviq edirlər. Nəticədə bəzi avtomobil sahibləri nəqliyyat vasitələrində dəyişikliklər etmək arzusuna düşürlər. Lakin yol polisi əməkdaşları tərəfindən bu hallar aşkarlanarsa, sürücülər həm cərimələnir, həm də avtomobili əvvəlki vəziyyətinə qaytarmağa məcbur olurlar.
 
Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı bildirib:
 
"Söhbət ondan gedir ki, əgər avtomobil zavod istehsalı zamanı, məsələn, 90 desibel səs səviyyəsinə malikdirsə, sürücü buna görə cərimələnmir. Sadəcə, şəhər mühitində belə səslə avtomobili idarə etmək tövsiyə olunmur. Azərbaycan qanunvericiliyinə əsasən isə maksimal səs səviyyəsi 96 desibel müəyyən edilib. Əgər avtomobildə 98 desibellik qurğu quraşdırılıbsa, həmin sürücünü 500 manat cərimə gözləyir".
 
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-peşəkar müdaxilələr mühərrikin işinə mənfi təsir göstərir və yanacaq sərfiyyatını artırır.
Seçilən
83
1
moderator.az

2Mənbələr