AZ

İnək peyini ilə ərzaq bahalaşmasının qarşısını alacaqlar

Avropa İttifaqı artan gübrə qiymətləri fonunda kənd təsərrüfatında inək peyininin daha geniş istifadəsini nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Politico məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası gübrə təchizatında yaranan problemləri azaltmaq və ərzaq qiymətlərinin kəskin bahalaşmasının qarşısını almaq üçün yeni plan hazırlayıb. Plan çərçivəsində daha çox peyin və kənd təsərrüfatı tullantısının emal edilərək gübrəyə çevrilməsi nəzərdə tutulur.

Bildirilir ki, Avropa gübrənin böyük hissəsini idxal olunan qaz hesabına istehsal edir. Hörmüz boğazının bağlanmasından sonra qaz qiymətlərində ciddi artım qeydə alınıb və bu, dünya gübrə bazarında qiymətlərin 2024-cü illə müqayisədə təxminən 70 faiz yüksəlməsinə səbəb olub.

Bildirilir ki, gübrə bazarındakı böhran yaxın aylarda ərzaq məhsullarının qiymətlərinə də ciddi təsir göstərə bilər.

 

Musavat.com

Seçilən
1
45
musavat.com

10Mənbələr