İran ABŞ-la təmaslarında zənginləşdirilmiş uranın saxlanması üçün Rusiyaya verilməsini təklif etməyib.
Azreform.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib.
"Rusiyanın İranda zənginləşdirilmiş uranı əldə etməsinə gəldikdə isə bu, hazırda ABŞ administrasiyasının planlarının bir hissəsi deyil. İranlılar bu məsələni qaldırmayıblar. Mənim fikrimcə, bu, iranlılar arasında xüsusi həvəs yaradacaq bir şey deyil", - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp da belə bir addımdan məmnun olmazdı.
Lakin Vens belə bir ssenarini istisna etməyib və əlavə edib ki, danışıqların gedişatını əvvəlcədən qiymətləndirmək istəmir.
Elvin
Azreform.info