AZ

Rolando Maran – Albaniya millsinin yeni baş məşqçisi – ARENA.AZ

İtaliyalı futbol mütəxəssisi Rolando Maran bundan sonra Albaniya milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Arena.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

62 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, dünya çempionatına (DÇ-2026) vəsiqə qazana bilmədiyi üçün istefaya göndərilmiş braziliyalı futbol mütəxəssisi Silvinyonu əvəz edib.

Xatırladaq ki, Rolando Maran son olaraq İtaliyanın “Breşiya” komandasına rəhbərlik edib. ), 2025-ci ilin yayında sözügedən klubdan ayrılandan bəri işsiz idi.

Təcrübəli italiyalı mütəxəssis məşqçilik karyerası dövründə “Çittadella”, “Bari”, “Triestina”, “Viçentsa”, “Vareze”, “Kataniya”, “Kyevo”, “Kalyari”, “Cenoa” və “Piza” kimi komandaları da çalışdırıb. Amma Maran bu komandaların heç birində hansısa titul qazana bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
7
arena.az

10Mənbələr